Bank Of Baku

Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb

Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb
# 01 dekabr 2016 08:37 (UTC +04:00)

Ukraynanın cənubunda raket təlimləri başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.

 

O bildirib ki, təlimlər beynəlxalq qanunvericilik normalarına uyğun keçirilir.

 

Krıjanovskinin sözlərinə görə, təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilir.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq edib. Bildirilib ki, raket atışları Krım yaxınlığında həyata keçirilsə, onlar məhv ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR