Bank Of Baku

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi istefa verib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi istefa verib
# 07 avqust 2014 13:58 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy istefa verib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, A. Parubiyin istefası prezident tərəfindən qəbul edilib.

 

“Müharibə şəraitində mən bu istefanın səbəbləri barədə danışmağı qəbuledilməz hesab edirəm.  Könüllü batalyonlara yardımla bağlı məsələlərlə məşğul olmağa davam edəcəyəm”, - deyə o, öz “Facebook” səhifəsində yazıb.

 

Qeyd edək ki, A. Parubiy bu ilin fevralında bu vəzifəyə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR