APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna müdafiə nazirinin müşaviri Aleksandr Danilyuk bəyan edib.
“Hazırda Torez və Qorlovka şəhərləri uğrunda döyüşlər gedir. Debaltsevo şəhəri artıq terrorçulardan geri alınıb. Güman edirik ki, bu şəhərlər qısa müddət ərzində azad olunacaq. Və orada da Slavyansk və Kramatorsk şəhərlərindəki kimi sakitlik hökm sürəcək”, deyə Danilyuk bildirib.