APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bunu “Svoboda” birliyinin lideri Oleq Tyaqnibok “Maydan”da bəyan edib.
“Yanvarın 22-də Ukraynanın dövlət bayramı Sobornost Gününə həsr olunmuş böyük “xalq yığıncağı” və yürüş olacaq. Hamını yürüşdə iştirak etməyə çağırıram. Bununla biz xalqa qarşı çıxan Yanukoviç hökumətinə birlik və qətiyyətimizi nümayiş etdirəcəyik”, - deyə O.Tyaqnibok bildirib.