APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Ali Radanın sədri Aleksandr Turçinov parlamentdə elan edib. “Rubejnoye şəhəri azad edilib. Hazırda Popasnaya, Dzerjinsk şəhərlərinin azad olunması üçün döyüşlər gedir. Növbədə Lisiçansk və Severodonetsk şəhərləridir”, - deyə o, söyləyib.
Qeyd edək ki, internetdə Rubejnoye şəhər İcraiyyə Komitəsinin binası üzərində Ukrayna bayrağının qaldırıldığını əks etdirən foto yayılıb. Şəhərin 60 min nəfər əhalisi var.