Bank Of Baku

Ukrayna parlamentində baş nazirlə dalaşan deputat prezident fraksiyasından çıxarılıb

Ukrayna parlamentində baş nazirlə dalaşan deputat prezident fraksiyasından çıxarılıb
# 27 yanvar 2016 07:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Ali Radasının üzvü Oleq Barna “Pyotr Poroşenkonun bloku” fraksiyasından xaric edilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu parlament sədrinin birinci müavini Andrey Parubiy açıqlayıb. Qərara səbəb ötən ilin dekabrında O. Barna ilə baş nazir Arseni Yatsenyuk arasında parlamentdə baş vermiş insidentdir. O. Barna isə fraksiyadan öz istəyi ilə çıxdığını bəyan edib.

 

Xatırladaq ki, ötən ilin dekabrında Ukrayna parlamentində Arseni Yatsenyukun çıxışı zamanı Oleq Barna tribunaya yaxınlaşaraq əvvəlcə ona bir dəstə gül verib, sonra isə baş naziri qucağına alaraq kürsüdən kənara atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR