Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna Avropa Birliyi (AB) ilə assosiasiya haqqında sazişi sentyabrda ratifikasiya edəcək.
APA – nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla görüşü zamanı deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkiləri bu prosesə mane olmayacaq.
"Avropa Birliyinə inteqrasiyamız heç kimə qarşı yönəlməyən, sivil bir seçimdir. Ukrayna-Avropa Birliyi razılaşması qonşularımız üçün heç bir risk daşımır, onların bunu anlamaları bizim üçün çox vacibdir”, - deyə o vurğulayıb.