Bank Of Baku

Ukrayna prezidenti Avropa Birliyi ilə assosiasiya üçün lazım olan qanunların hazırlanmasını tapşırıb

Ukrayna prezidenti Avropa Birliyi ilə assosiasiya üçün lazım olan qanunların hazırlanmasını tapşırıb
# 12 avqust 2013 18:31 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç Ədliyyə Nazirliyinə Avropa Birliyi ilə assosiativ sazişin imzalanması üçün lazım olan qanun layihələrinin hazırlanmasını tapşırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı ilə görüşdən sonra Ukraynanın ədliyyə naziri Yelena Lukaş məlumat verib.

 

Lukaşın sözlərinə görə, Yanukoviç müvafiq qanun layihələrinin işlənməsi zamanı beynəlxalq ekspertlərin mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna noyabrda Vilnüsda “Şərq tərəfdaşlığı” sammitində Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalamağı planlaşdırır. Həmin sazişin bir hissəsi azad ticarət zonasına aiddir. Sazişin imzalanması üçün şərtlərdən biri qanunvericiliyi və prokurorluq orqanlarında islahatların aparılmasına yönəlik qanunların qəbuludur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR