Bank Of Baku

Ukrayna QDİƏT Parlament Assambleyasında iştirakdan imtina edib

Ukrayna QDİƏT Parlament Assambleyasında iştirakdan imtina edib
# 27 yanvar 2016 22:49 (UTC +04:00)

Bakı-APA. Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PA) iyunda Moskvada keçiriləcək növbəti toplantısında iştirak etməkdən imtina edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərar Ukrayna Ali Radası xarici işlər üzrə komitəsinin iclasında verilib.

 

Bununla belə, Ukrayna digər qurum üzvlərini də Assambleyada iştirak etməməyə çağırmaq niyyətindədir.

 

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Baş Assambleyası ildə iki dəfə çağırılır. Təşkilata 12 ölkə daxildir: Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR