APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bildirib.
“Rusiya Federasiyasından olan və Ukraynanın ərazi bütövlüyü üçün təhdid daşıyan hüquqi və fiziki şəxslərə qarşı sanksiyaların tətbiqi üçün on gün ərzində hökumətin baxışına müvafiq siyahını təqdim etməyi komitəyə tapşırıram”, - deyə baş nazir qeyd edib.