Bank Of Baku

Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib

Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib
# 19 yanvar 2016 02:38 (UTC +04:00)

Bakı-APA. Ukrayna Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar  BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.

 

APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib.

 

Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub.

 

“Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır”, Ukrayna XİN-in mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR