Bank Of Baku

Ukrayna XİN başçısı: “Danışıqlarda hər hansı irəliləyişə nail olunmayıb”

Ukrayna XİN başçısı: “Danışıqlarda hər hansı irəliləyişə nail olunmayıb”
# 04 mart 2016 01:31 (UTC +04:00)

Bakı-APA. “Normand dördlüyü” çərçivəsində baş tutan danışıqlarda hər hansı irəliləyişə nail olunmayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib.

 

“Biz təhlükəsizlik məsələlərinə dair bir sıra təkliflərlə Parisə gəlmişdik. Lakin mən danışıqlar nəticəsində hər  hansı irəliləyişə nail olunmasını deyə bilmərəm”, deyə P.Klimkin bildirib.

 

Danışıqların yekunlarını şərh edən Fransa XİN rəhbəri Jan-Mark Eyro, öz növbəsində bildirib ki, Donbasda seçkilər 2016-cı ilin iyulunadək keçirilə bilər.

 

Qeyd edək ki, Fransanın paytaxtında “Normand dördlüyü” xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər Ukraynada münaqişənin nizamlanma  yollarını müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR