Bank Of Baku

Ukrayna XİN Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə iki nota təqdim edib

Ukrayna XİN Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə iki nota təqdim edib
# 27 fevral 2014 11:19 (UTC +04:00)

APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna XİN rusiyalı diplomata iki nota təqdim edib.

 

Birinci notada Ukrayna tərəfi iki ölkə arasında 1997-ci il mayın 31-də imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin 7-ci maddəsinə uyğun olaraq təxirəsalınmaz ikitərəfli məsləhətləşmələr keçirilməsini istəyib. İkinci notada isə Ukrayna ərazisində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi birləşmələrinin öz dislokasiya yerlərindən kənarda hərəkət etməsinə son qoyulması xahiş olunur.

 

A. Vorobyovla görüşdə ayrıca qeyd olunub ki, Rusiya Federasiyası 5 dekabr 1994-cü il tarixli Budapeşt Memorandumuna əsasən Ukraynanın müstəqilliyi, suverenliyi və mövcud sərhədlərinə hörmət etmək barədə üzərinə öhdəlik götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR