Bakı. Şamil Əlibəyli – APA. Ukraynada 2 erməni ömürlük həbs cəzası alıb. APA-nın “ArmToday” saytına istinadən verdiyi məlumata görə, Kiyev vilayəti Apellyasiya Məhkəməsinin qərarı ilə “4room” mebel hipermarketinin sahibi Şabab Aloyanın qətlinin təşkilində ittiham olunan iki Ermənistan vətəndaşı ömürlərin qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirəcək.
Qeyd edək ki, Ş. Aloyan 2009-cu ilin payızında sahib olduğu hipermarketin ticarət zalında öldürülüb.