Bank Of Baku

Ukraynada beynəlxalq hərbi təlim keçiriləcək

Ukraynada beynəlxalq hərbi təlim keçiriləcək
# 03 sentyabr 2014 23:18 (UTC +04:00)

Bakı – APA. Ukraynada 15 ölkəni təmsil edən 1 300 hərbçinin iştirakı ilə  “Rapid Trident 2014” beynəlxalq hərbi təlim keçiriləcək.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının nümayəndəsi Qreqori Hiks bəyan edib.

 

“Təlimlər sentyabrın 16-dan 26-dək baş tutmalıdır”, deyə ABŞ rəsmisi bildirib.

 

Təlimlərin Lvov şəhəri yaxınlığında baş tutacağı planlaşdırılır. Sentyabrın 3-də ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki tədbirə 200 ABŞ hərbçisinin qatılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR