Bank Of Baku

Ukraynada daxili köçkünlərin sayı 117 minə çatıb

Ukraynada daxili köçkünlərin sayı 117 minə çatıb
# 05 avqust 2014 14:07 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukrayna daxilindəki köçkünlərin sayını açıqlayıb. APA-nın məlumatına görə, Şərqi Ukraynada ağırlaşan vəziyyət fonunda ölkədaxili köçkünlərin sayı 117 minə çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa regionu üzrə direktoru Vinsent Koçetel jurnalistlərə bildirib.

 

Son 7 gün ərzində 6200-dən çox vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb. V. Koteçel qeyd edib ki, əgər iyun ayının əvvəllərində Luqansk və Donetsk regionundan köçənlərin sayı 2600 nəfər idisə, artıq bu rəqəm bu ayın əvvəllərində 102 min 600 nəfərə çatıb. O deyib ki, Şərqi Ukraynadan olan əhali ümumi köçkünlərin 87 faizini təşkil edir. 15 min 200 nəfər isə Krımı tərk edən əhalidir.
 

BMT rəsmisi Ukrayna hökumətini daxili köçkünlərin qeydiyyata alınması üçün mərkəzi qeydiyyat sistemi yaratmağa çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR