Bank Of Baku

Ukraynada etnik xalqlar “Antiterror əməliyyatı- bir yerdə qalib gələk!” mövzusunda tədbir keçiriblər - FOTO

Ukraynada etnik xalqlar “Antiterror əməliyyatı- bir yerdə qalib gələk!” mövzusunda tədbir keçiriblər - <span style="color: red;">FOTO
# 06 avqust 2014 21:21 (UTC +04:00)

UMA –dan APA – ya verilən məlumata görə, tədbirdə təşkilatda birləşən 100-ə yaxın millətin nümayəndələri ilə yanaşı Belaya Serkov  şəhərində yerləşən 72-ci motoatıcı briqadasının və  79-cü xüsusi yüksəkmobilli desant  briqadasının əsgərləri, əsgər anaları iştirak ediblər.

 

Bu briqadaların döyüşçüləri ölkənin şərqində keçirilən antiterror əməliyyatında iştirak edirlər. Toplantıda UMA prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev  Ukraynanın  şərqində keçirilən antiterror əməliyyatında iştirak edən döyüşçülərə təşkilat adından texniki və humanitar yardım təqdim edib. Bunlar əsasən, teplovizorlar, gecə görmə cihazları, yüksək müdafiəetmə səviyyəsinə malik bronjiletlər, çadırlar, paltarlar və ərzaq məhsullarından ibarət olub.

 

R.Tağıyev  bildirib ki, Ukrayna ordusuna ictimai - mənəvi köməyin, Ukraynanın  şərqində keçirilən əməliyyatlarda iştirak edən döyüşçülərə maddi kömək vacibdir. O qeyd edib ki, dövlətin bu çətin günündə Ukraynanın əsil vətənpərvərləri baş verən hadisələrə biganə qala bilməzlər, terrorizm üzərində ümumi qələbə naminə, hər bir kəs, öz imkanları çərçivəsində , əlindən gələn köməyi əsirgəməməlidirlər. Belaya Serkov şəhərinin meri Vasiliy Savçuk isə öz çıxışında aksiyanın təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, bu cür tədbirlər ölkəni müdafiə edən qəhrəmanları dəstəkləmək üçün çox önəmlidir. Toplantıda 79-cu xüsusi yüksəkmobilli desant  briqadasının   mayoru Anatoliy Ştefan edilən köməkliyi qəbul edərək bildirib ki, hər bir bronjilet, hər bir teplovizor və başqa bizə verilən avadanlıq  kiminsə xilas edilmiş həyatı deməkdir. O, həmçinin briqadanın  antiterror əməliyyatında iştirak edən bütün döyüşçüləri adından minnətdarlığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR