Bank Of Baku

Ukraynada müxalifət liderinin prezidentlə görüşü baş tutmayıb

Ukraynada müxalifət liderinin prezidentlə görüşü baş tutmayıb
# 21 yanvar 2014 15:47 (UTC +04:00)

Bakı – APA. Ukraynanın UDAR müxalifət partiyasının lideri Vitali Kliçkonun prezident Viktor Yanukoviçlə görüşü baş tutmayıb.

 

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Kliçko prezident administrasiyasında işçi qrupunun iclasını tərk edərək müxalifətin etiraz aksiyasının keçirildiyi əraziyə yollanıb.

 

“Mən prezident administrasiyasına gələndə, orada ölkədəki siyasi böhranın nizamlanması üzrə işçi qrupun iclası keçirilirdi. Mənə dedilər ki, prezident məşğuldur, vaxtı olan kimi özü zəng edəcək. Mən isə Qruşevski küçəsinə yollandım. Orada din xadimləri toqquşmaların baş verməməsi üçün əlindən gələni edir”, - deyə Kliçko vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR