Bakı-APA. Ukrayna Ali Radası ölkə prezidentinin qismən səfərbərlik haqqında fərmanını təsdiqləyib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən 318 deputatdan 232 nəfər sənədin lehinə səs verib.
Regionlar Partiyasını təmsil edən deputatlardan yalnız iki nəfər prezidentin fərmanına səs verib.
Səfərbərlik fərman qüvvəyə mindiyi andan 45 gün müddətində keçirilir.