Bank Of Baku

Ukraynada separatçılar “Buk” raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar

Ukraynada separatçılar “Buk” raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar
# 07 avqust 2014 19:55 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın  sözçüsü Vladislav Seleznyov bildirib.  

 

“Yenakiyevo rayonunda terrorçular “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar. Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb. Qırıcı təyyarə Qorlovkanın şimal-qərbində düşüb. Hazırda xilasetmə-axtarış əməliyyatı həyata keçirilir”, deyə Seleznyov bildirib.   

 

Onun sözlərinə görə, pilot katapult edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR