Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti Luqansk yaxınlığında müharibə zonasını tərk edən sakinlərin separatçılar tərəfindən atəşə tutulduğunu açıqlayıb. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözçüsü Andrey Lisenko deyib.
“Bu gün səhər saatlarında terrorçular qanlı bir cinayət həyata keçiriblər. Luqansk yaxınlığında münaqişə zonasını tərk etməyə çalışan mülki əhali “Qrad” və digər iri çaplı silahlardan atəşə tutulub. Xeyli insan həyatını itirib, ölənlər arasında qadınlar və uşaqlar da var. Ölənlərin sayı hazırda dəqiqləşdirilir” - , deyə Ukrayna rəsmisi bildirib.