Bakı. Zümrüd Paşayeva - APA. “Ərazidən 15 cəsəd çıxarmışıq, axtarışlar bütün gecə boyu davam edib və bu gün də davam edəcək”. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu avqustun 18-də Luqansk yaxınlığında döyüş zonasını tərk etməyə çalışan sakinlərin atəşə tutulması nəticəsində həyatını itirənlərin sayı haqqında məlumat verən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lisenko deyib.
Xatırladaq ki, Ukrayna hökuməti avqustun 18-də səhər saatlarında Luqansk yaxınlığında dinc sakinlərin hərəkət etdiyi avtomobil və avtobusların separatçılar tərəfindən raket atəşinə məruz qalması nəticəsində xeyli sayda insanın həlak olduğunu açıqlamışdı.