Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna Ali Radasının bəzi deputatları Rusiya Dövlət Dumasında olacaqlar. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bir qrup ukraynalı deputat Rusiya Dövlət Dumasının sessiyasında iştirak edəcək.
“Bu gün Ukrayna Ali Radasının “Sülh və sabitlik” parlament qrupunun üzvü olan 24 millət vəkili Ukraynanın demokratik gələcəyi və maraqları naminə öz həyatlarını riskə ataraq belə bir ağır vəziyyətdə bizim sessiyamızda iştirak edəcəklər”-, deyə Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.
Dövlət Dumasının sədri Sergey Narışkinin Ukrayna nümayəndə heyəti ilə görüşü də gözlənilir.