Bank Of Baku

Ukraynanın baş naziri: “Bizim Ukraynanı satdığımız və Gömrük İttifaqına qoşulacağımız haqda bəyanatlar spekulyasiyadır”

Ukraynanın baş naziri: “Bizim Ukraynanı satdığımız və Gömrük İttifaqına qoşulacağımız haqda bəyanatlar spekulyasiyadır”
# 14 dekabr 2013 12:58 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın baş naziri Nikolay Azarov prezident Yanukoviçin tərəfdarlarının Kiyevin Avropa Meydanında keçirilən kütləvi aksiyasında çıxışında deyib.

 

N. Azarov bazar ertəsi Rusiya ilə danışıqları başa çatdıracaqlarını söyləyib: “Bu məsələnin ətrafında çoxlu spekulyasiyalar gedir. Guya biz Ukraynanı satırıq, Gömrük İttifaqına imza atırıq. Mən bu spekulyasiyaları qətiyyətlə rədd edirəm”.   

 

Baş nazir telekanallardan da şikayətlənib. O, bəyan edib ki, televiziyalar oliqarxların əlindədir və onlar ölkədəki vəziyyətə dair doğru informasiyalar vermir, bunun nəticəsində insanlar Avropa Birliyi və Rusiya ilə münasibətlərdə hakimiyyətin addımları haqda lazımi informasiyaları ala bilmirlər: “Biz danışırıq, izah edirik, lakin çox təəssüf ki, bizim kanallarda oliqarxlar hökmranlıq etdiyi üçün səsimiz çox az eşidilir. Siz öz şəhərlərinizdə televizora baxırsınız. Heç həqiqətləri eşidirsinizmi? Yox. Ona görə də bu mitinq bizim insanlarımıza həqiqəti çatdırmağımız üçün yeganə vasitədir”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR