Bank Of Baku

Müxalifət Ukraynanın qərb və mərkəzi vilayətlərində yerli hakimiyyət strukturlarını ələ keçirir

Müxalifət Ukraynanın qərb və mərkəzi vilayətlərində yerli hakimiyyət strukturlarını ələ keçirir
# 19 fevral 2014 14:35 (UTC +04:00)

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə şahidləri bildiriblər ki, binanın yaxınlığına avtomobil yaxınlaşıb. Maşından çıxan şəxslər kütləyə atəş açıblar. Nəticədə qadın qətlə yetirilib, 3 nəfəri isə yaralanıb. 

 

Buna cavab olaraq müxalifət tərəfdarları trolleybus ələ keçiriblər və onun köməyi ilə binanın darvazalarını sındırıblar.

 

Həmçinin məlum olub ki, Xmelnitsk vilayət Radasının sədri Nikolay Derikot Regionlar Partiyasının sıralarını tərk edib.

 

Çernovitsı vilayətində isə etirazçılar qubernatoru istefaya məcbur ediblər. Belə ki, Çernovitsı vilayət dövlət administrasiyasının rəhbəri Mixail Papiyev administrasiya binası önündə yığışan insanların təziyiqinə tab gətirməyərək istefa ərizəsini yazıb.

 

Volın vilayətinin qubernatoru Aleksandr Boşkalenko da etirazçıların təzyiqi ilə üzləşib. 30 min etirazçının istefa tələbini rədd edən A.Boşkalenkonun davranışı kütlənin qəzəbinə səbəb olub. Belə ki, etirazçılar istefa verməkdən imtina edən qubernatoru yerə yıxaraq döyüblər. Sonra onu qandallarla səhnəyə bağlayıblar. Etirazçılar bildiriblər ki, istefa ərizəsini yazdıqdan sonra A.Boçkalenko sərbəst buraxılacaq.

 

Lvov şəhərində də vəziyyət kritik həddə çatıb. Burada etirazçılar daha bir milis bölməsini ələ keçiriblər, Regionlar Partiyasının Lvov təşkilatının sədri Oleq Baran isə partiya sıralarından çıxdığını bəyan edib.

 

Poltavada isə müxalifət tərəfdarlarının vilayət milisinin binası önündə mitinq keçirdiyi bildirilir.

 

Ukrayna mətbuatının yazdığına görə, hazırda müxalifət tərəfdarları Borispolda yolu bağlayıblar. Bununla da onlar hakimiyyətin istifadə etdiyi mülki şəxslərin Kiyevə getməsinin qarşısını almağa çalışırlar. 

 

Bu arada hakim Regionlar Partiyasından bildiriblər ki, Kiyevin Obolon rayonunda partiyanın rayon təşkilatının ofisinin yandırılmasına cəhd olub.

 

Deputat Yuri Blaqodir isə Regionlar Partiyasının parlament fraksiyasından çıxdığını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR