Bank Of Baku

Ukraynanın Vinnitsa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert keçirilib - FOTOSESSİYA

Ukraynanın Vinnitsa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2013 20:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGİB) Vinnitsa şəhərindəki Fəridə Plaza İstirahət və Əyləncə mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti təşkil edib. UAGİB – dən APA-ya verilən məlumata görə, Vinnitsa vilayət administrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin, diaspora və KİV nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının sədri Emin Adıgözəlov çıxış edib. O, 22 il bundan öncə təməli Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb.

 

UAGİB sədri Anar Tahirov isə Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsindən, o cümlədən Azərbaycan həqiqətlərinin  Ukrayna  ictimaiyyətinə çatdırılmasında  gənclərin üzərinə düşən öhdəliklərdən bəhs edib. “2013-cü il dövlətimiz və  xalqımız üçün ən yaddaqalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial-iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə imza atdı” deyən A.Tahirov  bu il prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini dünyadakı 50 milyon azərbaycanlının ən böyük uğurlarından biri kimi səciyyələndirib.

 

Qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa  Dövlət Tibb Universitetinin prorektoru Sergey Zaiko və Vinnitsa Vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit 2 il bundan öncə Vinnitsa vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və adət-ənənələrini özündə əks etdirən  çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar. Bayram şənliyində çıxış edən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahibi Eldar Nəzərov, SOCAR-Ukrayna şirkətinin nümayəndəsi  Həzi Aslanov və  digər şəxslər  təməli 1991-ci ildə qoyulmuş Dünya Azərbaycanlılarının həmrəylik gününün müasir Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildiyini vurğulayıblar. Təbdirdə  UAGB-in Vinnitsa Vilayət təşkilatının özfəaliyyət ansamblının ifasında geniş konsert və maraqlı ədəbi bədii kompozisya nümayiş etdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR