Bank Of Baku

İrəvanda Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsd törədilib - FOTO - YENİLƏNİB

İrəvanda Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsd törədilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 01 fevral 2013 00:08 (UTC +04:00)

 

Bakı-APA. Ermənistan  prezidentliyinə namizəd Paruyr Ayrikyan sui-qəsd nəticəsində döş qəfəsinin yuxarı sağ hissəsindən güllə yarası alıb. APA-nın məlumatına görə, bu barədə “News.am”a prezidentliyə namizədə baş çəkən Ermənistanın səhiyyə naziri Darenik Dumanyan bildirib.

 

“Güllə hələ də yumşaq toxumalarda qalmaqdadır”, deyə nazir məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, bu gün hələ ki cərrahiyə əməliyyatına ehtiyac yoxdur, güllə Ayrikyanın bədənindən sabah çıxarılacaq.

 

Darenik Dumanyan qeyd edib ki, Paruyr Ayrikyanın vəziyyəti orta ağır olaraq qalır, lakin onun həyatına təhlükə yoxdur, əsas orqanları zədələnməyib. Hal-hazırda o reanimasiya şöbəsindədir və özünü yaxşı hiss edir.  

 

Qeyd edək ki, Paruyr Ayrikyana artıq Ermənistanın baş naziri Tiqran Sarkisyan, ölkə parlamentinin sədri Ovik Abramyan və Polis rəisi Vladimir Qasparyan baş çəkib.  

 

****** 01.38

 

Bakı-APA. İrəvanda Ermənistan  prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsd törədilib. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum şəxs Ayrikyana yaşadığı evin yaxınlığında odlu silahdan atəş açıb, nəticədə 64 yaşlı siyasətçi güllə yarası ilə xəstəxanaya çatdırılıb. Hadisə yerində polis istintaq tədbirləri aparır.

 

Yanvarın 15-dən 23-dək aparılan aparılmış sorğunun nəticələrinə görə,  Ayrikyan prezidentliyinə namizədlər arasında  Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanla üçüncü yeri bölüb. Seçkilərin favoriti hazırki prezident Serj Sarqsyan göstərilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR