APA-nın “RBK-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, V. Yanukoviç Kiyevdə müxalifət liderlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib: “Güc tətbiqinə moratorium barədə təkliflər səsləndi. Mən bu təklifləri qəbul edirəm. Bu istiqamətdə heç bir hərəkət olmayacaq”.
Dövlət başçısı müxalifət liderlərinə dəyirmi masada iştirak etdikləri üçün təşəkkür edib.