Bank Of Baku

Vilayəti: “İran Rusiya, Suriya və “Hizbullah”la alyansın yaradılmasını mümkün sayır”

Vilayəti: “İran Rusiya, Suriya və “Hizbullah”la alyansın yaradılmasını mümkün sayır”
# 03 fevral 2016 12:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “İran Rusiya, Suriya və “Hizbullah”la alyansın yaradılmasını mümkün hesab edir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
 
“Belə bir alyansın yaradılması əlbəttə ki, bizim idealımızdır. Əgər hansısa zəif nöqtələr mövcuddursa, onları aradan götürmək lazımdır. O ki qaldı İrana, biz Rusiya Federasiyası ilə regional məsələlərdə strateji ikitərəfli əməkdaşlıq siyasəti yürüdürük. Əlbəttə ki, belə alyansın yaradılması üçün şərait var”, - deyə Vilayəti söyləyib. 
 
Onun sözlərinə görə, İran, Suriya, Rusiya və “Hizbullah” Suriya xalqının qanunu haqlarını və bu ölkəni terrorçulardan müdafiə edirlər: “Rusiya, İran və İraqın birgə yaratdığı Bağdaddakı informasiya mərkəzinin işi fəal davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR