Bank Of Baku

Vladimir Putin 2015-ci ilə kimi Rusiya xarici siyasətinin prioritetlərini açıqlayıb - FOTO

Vladimir Putin 2015-ci ilə kimi Rusiya xarici siyasətinin prioritetlərini açıqlayıb - <span style="color: red;">FOTO
# 10 iyun 2013 12:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək, Gömrük İttifaqı çərçivəsində Avrasiya inteqrasiyasını dərinləşdirmək, Vahid İqtisadi Məkan və 2015-ci ilə kimi Avrasiya İqtisadi İttifaqının yaradılması Rusiya xarici siyasətinin vacib prioritetləridir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

Federal icra hakimiyyəti orqanlarının fəaliyyət planları haqqında iclasda çıxış edən Vladimir Putin bildirib ki, Rusiyanın xarici siyasətinin məqsədi strateji xarakter daşıyır: “İlk növbədə ölkənin iqtisadi modernləşməsinin uzunmüddətli inkişafı üçün əlverişli şərait yaradılmalıdır. Dünya bazarında Rusiya biznesinin mövqeyini möhkəmləndirmək, xaricdə Rusiyanın mədəni və humanitar mövcudluğunu genişləndirmək lazımdır. Bu baxımdan bizim BMT çərçivəsində, “BRICS," Böyük 20-lər","Böyük 8-lər" və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində xüsusi əhəmiyyətli ikitərəfli əlaqələrimiz mövcuddur. Vacib prioritet isə bizim ən yaxın qonşularımız – MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək, Gömrük İttifaqı çərçivəsində Avrasiya inteqrasiyasını dərinləşdirmək, Vahid İqtisadi Məkan və 2015-ci ilə kimi Avrasiya İqtisadi İttifaqının yaradılmasıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR