Bank Of Baku

Vladimir Putin: Rusiya beş ilə yeddi RLS tikəcək

Vladimir Putin: Rusiya beş ilə yeddi RLS tikəcək
# 06 iyun 2013 19:29 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Voronej” tipli RLS-lərdən danışarkən bəyan edib.    

 

Putin xatırladıb ki, 2011-ci ilin dekabrında Leninqrad vilayətində “Voronej-M” RLS-i döyüş növbəsinə gətirilib, hal-hazırda isə Armavirdəki “Voronej-DM” RLS-i də döyüş növbəsinə gətirilir.   

 

“Bununla da biz təhlükəsizliyimizin təminatını ən prioritet istiqamətlərdə möhkəmlətmiş olacağıq”, deyə o vurğulayıb.   

 

Vladimir Putinin sözlərinə görə, yeni radiolokasiya stansiyalar hətta ən çətin seçilən hədəfi belə müəyyən etməyə, ani məqamda Rusiya sərhədindən yüz və min kilometrlərlə aralıda buraxılan müxtəlif tipli raketləri aşkar etməyə qadirdir.   

 

Yeni RLS-lər Azərbaycan və Ukraynada yerləşən köhnə “Dnepr” və “Dəryal” tipli radiolokasiya stansiyalarını əvəzləyəcək.  

 

Bundan əvvəl bildirilmişdir ki, Rusiyanın Krasnoyarsk, Altay və Orenburq vilayətlərində “Voronej” tipli RLS-lərin tikintisi nəzərdə tutulub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR