Bank Of Baku

Vladimir Putin canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıracaq

Vladimir Putin canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıracaq
# 09 aprel 2015 11:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, canlı yayım aprelin 16-da Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.

 

Canlı yayımı "Birinci", "Rossiya1" və "Rossiya24" telekanalları, "Mayak", "Vesti FM" və "Radio Rossiya" radioları vasitəsilə izləmək mümkün olacaq.

 

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinə nəinki zalda əyləşən tamaşaçılar, o cümlədən Rusiyanın regionlarında yaşayan vətəndaşlar da zəng vurub sual verə biləcəklər. Bundan başqa, SMS vasitəsilə də sual göndərmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR