Bank Of Baku

Vladimir Putin Krıma səfər edib

Vladimir Putin Krıma səfər edib
# 13 avqust 2014 16:06 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Krıma səfər edib.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.

 

Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

 

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

 

V. Putin avqustun 14-də Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksinin tikintisi ilə tanış olacaq.

 

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR