Bank Of Baku

Vladimir Putin və Pyotr Poroşenko Ukraynadakı vəziyyəti müzakirə ediblər

Vladimir Putin və Pyotr Poroşenko Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 07 sentyabr 2014 02:39 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub”, deyə məlumatda bildirilir.  

 

Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün  fəsadları kontekstində fikir mübadiləsi aparılıb.

 

Putin və  Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR