APA-nın verdiyi xəbərə görə, “Avropa Seçimi” koalisiyası dağıldıqdan sonra Arseniy Yatsenyuk Ukraynanın baş naziri vəzifəsindən istefa verib.
Xatırladaq ki, iyulun 24-də “UDAR” və “Azadlıq” partiyaları parlament koalisiyasını tərk etdiklərini elan ediblər. Bu addım Ali Radanın buraxılmasına səbəb olacaq.