Bakı-APA. Vladivostok aeroportuna bomba qoyulması haqda məlumat təsdiqlənməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aeroport normal iş rejiminə qayıdıb.
Rusiya Daxili İşlər Nazirliyinin Vladivostok nəqliyyatda xətt idarəsinin rəisi Andrey Qulin bildirib ki, naməlum şəxsin zəng edərək aeroporta bomba qoyulması barədə məlumatı yalan çıxıb. Hazırda həmin adamın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.