Bank Of Baku

Volqoqrad prokurorluğu “Bakı Parkı” inşa olunan inzibati ərazidə yoxlamalar aparıb

Volqoqrad prokurorluğu “Bakı Parkı” inşa olunan inzibati ərazidə yoxlamalar aparıb
# 22 iyul 2013 10:29 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Volqoqradda “Bakı Parkı” inşa olunan inzibati ərazidə rayon prokurorluğu tərəfindən yoxlamalar aparılıb.

 

APA-nın Volqoqrad rayonu prokurorluğunun mətbuat xidmətinə istinadən xəbərinə görə, yoxlamalar nəticəsində bəlli olub ki  ərazidə aparılan inşa işləri rayon Mədəniyyət Nazirliyi və Aşağı Volqa Rusiya Mədəniyyət Nazirliyi ilə koordinasiya olunmayıb və Volqoqrad vilayətinin mərkəzi administrasiyası tərəfindən müvafiq icazə verilməyib. Bu səbəbdən prokurorluq vilayət rəhbərindən qanun pozuntularının aradan qaldırılmasını və günahkar vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

 

Xatırladaq ki, Volqoqrad şəhərində altı sot ərazidə “Bakı Parkı”nın inşa olunması nəzərdə tutulub. Lakin Rusiya mətbuatında parkın məhz bu ərazidə tikilməsi narazılığa səbəb olub. Ərazi Volqoqrad şəhərinin mərkəzi mədəniyyət və istirahət parkı olub. 1942-1943-cü illərdə İkinci Dünya Müharibəsi dövründə burada qanlı döyüşlər olub. Park yerləşən ərazi yerli qanunlara görə federativ səviyyədə milli mədəni irs hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR