Bank Of Baku

Volqoqradda antiterror əməliyyatı zamanı 700-dən çox adam saxlanılıb

Volqoqradda antiterror əməliyyatı zamanı 700-dən çox adam saxlanılıb
# 09 yanvar 2014 07:52 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Volqoqrad şəhərində keçirilən antiterror əməliyyatı zamanı 700-dən çox adam saxlanılıb.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları həmin şəxsləri müxtəlif administrativ hüquqpozmalara görə saxlayıb.

 

Qeyd edək ki, “Vixr - aniterror” əməliyyatına Volqoqradda 34 nəfərin ölümünə səbəb olmuş iki terror aktından sonra başlanılıb.

 

Hazırda şəhərdə ictimai əsayişi 3,5 min polis əməkdaşı qoruyur. Onlara Daxili Qoşunların əsgərləri kömək edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR