Bakı-APA. Volqoqradda dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın məlumatına görə, bunu “İnterfaks”a Rusiyanın Cənub Federal dairəsinin tibbi strukturlarından bildiriblər. Belə ki, gecə saatlarında xəstəxanada yaralı Andrey Zadorin vəfat edib.
*** 23.54
Bakı-APA. Volqoqradda dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
Bundan öncə ölənlərin sayının 14 olduğu bildirilirdi.
Hazırda xəstəxanalara 38 nəfər yaralı var.