APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük meydanlarından biri – Xarkovun Azadlıq meydanına 100 minə yaxın insan toplaşıb.
“Bu gün bura ölkədə sabitliyi qoruyub saxlamaq, ekstremistlərlə qarşı-qarşıya duran hüquq-mühafizə orqanları və qanuni hakimiyyəti dəstəkləmək üçün on minlərlə insan toplaşıb. Ukrayna – tək Kiyev Maydanı deyil”, - Xarkov şəhərinin meri Qennadi Kernes bəyan edib.