Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində gecə saatlarında mağazanın girişi yaxınlığında partlayış törədilib. İlkin məlumata görə, xəsarət alan yoxdur. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, partlayış 23.30-da Mahaçqala yolunda yerləşən “Akbar” mağazasının girişi yaxınlığında baş verib. Partlayışın gücündən dükana ciddi zərər dəyib.