Bank Of Baku

XİN: Rusiya Türkiyənin Kazan sammitində iştirakını alqışlayacaq

XİN: Rusiya Türkiyənin Kazan sammitində iştirakını alqışlayacaq
# 18 fevral 2016 19:16 (UTC +04:00)

Bakı-APA. “Moskva Türkiyənin 8-ci Rusiya Beynəlxalq İqtisadi Sammitdə və İslam Əməkdaşlığı Təşkilatının Kazanda keçiriləcək sammitində iştirakını alqışlayacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

“Əgər Türkiyə tərəfinin, Türkiyə biznesinin Kazanda keçiriləcək foruma və, ümumiyyətlə, digər forumlara, biznes imkanlarına, əlaqələrin inkişafına dair iqtisadi potensiala marağı varsa, biz bunu yalnız alqışlayacağıq”, -  deyə Zaxarova bildirib.   

 

“Biz hesab edirik ki, iki ölkə arasında inkişaf etməlidir, baxmayaraq ki, Rusiya-Türkiyə  münasibətlərin pisləşməsi hər iki ölkənin vətəndaşlarına təsirsiz keçməyib”, deyə Zaxarova əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR