Bakı – APA. Ukraynanın Regionlar Partiyası müxalifətə keçdiyini bəyan edib.
APA-nın məlumatına görə, bunu Regionlar Partiyasının parlament fraksiyasının lideri Aleksandr Yefremov deyib.
O bu qərarı onunla izah edib ki, hakimiyyətə gəlmiş müxalifətçilər həm parlament çoxluğunu, həm də hökuməti formalaşdırmaq iqtidarındadır.