Bank Of Baku

Yaponiya Rusiya Müdafiə Nazirliyinin Kuril adalarında keçirəcəyi hərbi təlimlərə qarşıdır

Yaponiya Rusiya Müdafiə Nazirliyinin Kuril adalarında keçirəcəyi hərbi təlimlərə qarşıdır
# 13 avqust 2014 12:01 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Yaponiya hökuməti Rusiyanın Cənubi Kuril adalarında keçirəcəyi hərbi təlimlərə kəskin etiraz edir.

 

APA-nın “Russia Today”-a istinadən verdiyi xəbərə görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi  artıq bu təlimlərlə bağlı etirazlarını Rusiyaya bildirdiklərini deyib.

 

Rusiya Müdafiə Nazirliyi 1000-dən çox əsgərin, 5 Mi-8MTSh hücum helikopterlərinin  və  100-ə yaxın digər hərbi texnikanın bu manevrlərə cəlb olunacağını açıqlayıb.

 

Qeyd edək ki, ikinci Dünya Müharibəsindən sonra Yaponiyanın şimal əraziləri hesab olunan Kuril adalarına görə Rusiya və Yaponiya arasında narazılıq var.

 

İki ölkə arasında rəsmi sülh müqaviləsi hələ də imzalanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR