Bakı-APA. Hazırda Rusiya-NATO Şurasının görüşünün keçirilməsi mümkün deyil.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Alyansın baş katibi Yens Stoltenberq Münhendə bəyan edib.
“Düşünürəm ki, bu barədə ətraflı söhbət açsam vəziyyət daha da mürəkkəbləşə bilər”, deyə Y.Stoltenberq bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Y.Stoltenberqlə Rusiya-NATO Şurasının görüşünün keçirilmə məsələlərini müzakirə edib.