Türkiyənin baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevlə iki ölkənin birgə layihəsi olan “Akkuyu” AES-nin inşasına dair addımları müzakirə etdiyini bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Binəli Yıldırım bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
“Bu layihənin reallaşdırılması ilə bağlı bütün maneələr müzakirə edilib. Bizim nazir və Novak (energetika naziri Aleksandr Novak – red.), mən və baş nazir atılması mühüm olan bütün addımları müzakirə edərək, həyata keçirməyə razılaşdıq”, - deyə B.Yıldırım bildirib.
O, Türkiyə tərəfinin “Akkuyu” AES-nin birinci blokunun 2023-cü ilədək istismara veriləcəyinə ümid etdiyini bildirib.