Bank Of Baku

Zurab Abaşidze: “Rusiya və Gürcüstan müntəzəm aviaəlaqələri bərpa etməyə hazırlaşır”

Zurab Abaşidze: “Rusiya və Gürcüstan müntəzəm aviaəlaqələri bərpa etməyə hazırlaşır”
# 18 iyun 2013 14:08 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Rəsmi Tiflis Rusiyanın Gürcüstanla müntəzəm aviaəlaqələrin bərpası üçün danışıqlara başlamaq qərarını alqışlayır.

 

APA-nın Gürcüstan KİV-nə istinadən xəbərinə görə, bunu Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

 

Onun sözlərinə görə, altı ay əvvəl başlanan danışıqlarda artıq irəliləyiş müşahidə olunur: “Artıq deyə bilərik ki, məsələlərin 80-90%-i üzrə razılıq əldə olunub”.

 

Z.Abaşidze qeyd edib ki, yaxın vaxtlarda iki ölkənin müvafiq nəqliyyat qurumlarının rəhbərlərinin görüşü olacaq və məsələnin detalları orada müzakirə olunacaq. Aviaəlaqələrin bərpasından sonra avtomobil yolu əlaqələrinin bərpasına dair danışıqların başlanacağı da istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR