Berlin və Drezden etnoqrafiya muzeylərində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq
27 iyun 2008 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyada keçirilən “Azərbaycan ili” çərçivəsində avqust ayından noyabr ayınadək Berlin Etnoqrafiya Muzeyində və 2008-ci ilin noyabr ayından 2009-cu ilin martınadək Drezden Etnoqrafiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərginin təşkili ilə əlaqədar Almaniyaya ezam olunublar.
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024