Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində KİV rəhbərləri ilə görüş keçirilib
Sonra binanın tarixi barədə məlumat verən R. Hüseynov buranın 1850-ci ildə birmərtəbəli karvansara kimi tikildiyini, 1915-ci ildə isə ikinci mərtəbənin artırılaraq, “Metropol” mehmanxanasına çevrildiyini qeyd edib. 1918-1920-ci illərdə bina ilk Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm iş, həm də yaşayış yeri olub. 1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilib.
1939-cu il noyabrın 1-də Nizaminin qarşıdan gələn 1941-ci ilə təsadüf edən doğumunun 800 illiyi münasibəti ilə Azərbaycan hökumətinin qərarı ilə şairin xatirə muzeyini yaratmaq haqda qərar qəbul edilir. Nizami muzeyinin yaradılaraq, həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı təmir aparılıb, fasaddakı heykəllər quraşdırılıb, daha iki mərtəbə əlavə edilib. 1939-cu ildən sonra binada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb yalnız cari təmirlər həyata keçirilib.
Muzey ekspozisiyasını qurmaq üçün müharibə illərində də gərgin iş gedib. Amma muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də açıb.
İllər keçdikcə yalnız Nizaminin həyat və yaradıcılığına həsr edilən bu muzey bütöv Azərbaycan Ədəbiyyatını və mədəniyyətini əks etdirən unikal muzeyə çevrilib.
R. Hüseynov bildirib ki, 2004-cü il dekabrın 30-da Azərbaycan prezidenti İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma, təmir bərpa işləri başlanıb: “Muzeyin əsaslı təmir və yenidənqurma işləri üçün Nazirlər Kabineti 13 milyon manat vəsait ayırıb. Nəzərə alsaq ki, irəlicədən həmin məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq çıxılıb, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilib, onda Maliyyə Nazirliyi tərəfindən icraçı tikinti təşkilatlarına keçirilən məbləğ təxminən 10 milyon manat olur. Yenidənqurmadan əvvəl 800 kv metr olan ekspozisiyanın sahəsi 2500 kv/m çatdırılıb, yenidənqurmadan qabaq 18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə genişləndirilərək 30 əsas və 10 köməkçi zalda yerləşib. Bundan əlavə, kütləvi tədbirlərin keçirilməsi üçün 250 və 75 yerlik iki böyük zal əsaslı şəkildə yenidən qurularaq, mebel və avadanlıqlarla təmin edilərək hazırlanıb. Ekspozisiya tamam yenidən qurulub, bütün zədələnmiş, bir qismi sıradan çıxmış heykəl və rəsmlər çox vəsait tələb etməsinə baxmayaraq, dövlətdən heç bir əlavə vəsait istənilmədən muzey rəhbərliyinin ölkənin təsviri sənət ustaları ilə şəxsi münasibətləri sayəsində təmənnasız olaraq restavrə edilib. Rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən nəfis çərçivələrə salınıb. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır. Təmir və yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək 5 toplunun əsası qoyulub və ilk cildləri işıq üzü görüb”.
R. Hüseynovun sözlərinə görə, 2009-cu il aprelin 14-də prezident İlham Əliyev aparılmış təmir və yenidənqurmadan sonra muzeyi ziyarət edərək görülmüş işləri müsbət qiymətləndirib: “Muzeyin kütlələr üçün açılış gününü 14 maya - 1945-ci ildə muzeyin kütlələr üçün açdığı tarixi günə təyin etmişik. Bundan başqa, hər ayın 14-də muzeyə giriş açıq qapı prinsipi əsasında olacaq”.
Sonra R. Hüseynov qonaqları muzeylə yaxından tanış edib.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb