Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenarisinin yaradılması məqsədi ilə müsabiqə elan edib

Mədəniyyət və Turizm Nazirliyi vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenarisinin yaradılması məqsədi ilə müsabiqə elan edib
# 16 iyun 2009 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenarisinin yaradılması məqsədi ilə müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, müsabiqə “Vətən and yerimizdir” adı altında keçirilir. Mətbuat katibinin sözlərinə görə, “Vətən and yerimizdir” devizi ilə ilə həyata keçirilən müsabiqəni keçirməkdə də məqsəd gənc nəslə vətənpərvərlik ruhu aşılayan, doğma torpaq uğrunda mübarizəni əks etdirən, həmçinin cəmiyyətdə baş verən pozitiv prosesləri kino vasitəsi ilə ifadə edən yüksək bədii səviyyəli kinofilmlər yaratmaq, həmçinin kinodramaturgiya sənətinin inkişafına təkan vermək və kino yaradıcılığına yeni qüvvələri cəlb etməkdən ibarətdir. Məlumatda qeyd olunub ki, arzusu olan hər kəs müsabiqəyə qatıla bilər. Ssenaristlərin yarışması 2 mərhələdən ibarət olacaq – I mərhələdə (15 iyun – 15 avqust) təşkilat komitəsinə 2-3 sinopsislər təqdim edilir və münsiflər heyətinin seçdiyi 6 sinopsisin müəlliflərinə ikinci mərhələdə (1 sentyabr – 15 dekabr) işləri ssenari şəklində təqdim etmək təklif olunur. Birinci yeri tutmuş ssenarinin 2010-cu ildə dövlət sifarişi ilə çəkilməsinə təminat verilir. İkinci və üçüncü yerlərə görə müəlliflərə müvafiq olaraq 1500 və 1000 manat məbləğində mükafat veriləcək. Müsabiqə iştirakçıları üçün həvəsləndirici mükafat da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR